Futbol üzrə Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsi davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 3 matç keçirilib.

İkinci liqa təmsilçilərindan "Cəbrayıl" "Ağdaş"a 2:0, “Bakı Sportinq” “Kürmük Qax”a 6:0, "Kür-Araz" "Şəki Siti"yə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinə dünən start verilib və "Lerik", “Şahdağ Qusar” və “Göygöl” mərhələ adlayıb. 1-ci təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək bir oyunla (“Şəfa” – “Şəmkir”) yekun vurulacaq.

Azərbaycan kuboku, 1-ci təsnifat mərhələsi

19 noyabr (bazar)

14:00. “Ağdaş” – “Cəbrayıl” - 0:2
Qollar: Tapdıq Əhmədov, 116-pen, Elvin Dəmirov, 120+3
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Ağdaş şəhər stadionu

14:00. “Şəki Siti” – “Kür-Araz” - 1:2
Qollar: Elariz Xəlilli, 51 (0:1), 73 (0:2), Mirabbas Mirbabayev, 82-avtoqol (1:2)
Qırmızı vərəqə: Elariz Xəlilli, 90+5 ("Kür-Araz")
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.
Şəki şəhər stadionu

14:30. “Bakı Sportinq” – “Kürmük Qax” - 6:0
Qollar: Ülvi Quliyev, 20, Röyal Nəcəfov, Məhəmməd Xəlilov, 38, 45, 89, Vüqar Rəhimov, 56
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.
Binə qəsəbə stadionu