Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək "Qəbələ" klubu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını başa vurub.

 Hazırlığın son günündə Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşan "qırmızı-qaralar" 3:1 hesabıyla qalib gəlib. 

Əyalət təmsilçisinin mərkəz hücumçusu Ülvi İsgəndərov Offsideplus.az-a açıqlamasında toplanışın yaxşı keçdiyini vurğulayıb:

"Toplanış çox yaxşı keçdi. Üç yoxlama matçı keçirdik. Bu oyunlar bizim üçün bir siqnal idi. Çünki həmin qarşılaşmalarda səhvlərimizi gördük və çalışacağıq ki, həmin nöqsanları aradan qaldıraq. Yenilənmiş bir komandamız var. Bir-birimizə uyğunlaşmağa çalışırıq".

Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.

Əlavə edək ki, "Qəbələ" Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kipr "Omoniya"sı ilə qarşılaşacaq.

Daşqın Əziz