Dünən Misli Premyer Liqasında 29-cu tura start verilib.
Turun açılış matçı Qəbələ şəhər stadionunda baş tutub. Yerli komanda doğma divarlar arasında "Zirə"ni 2:1 hesabıyla məğlub edib. Bununla da, Elmar Baxşıyevin yetirmələri turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
"Qırmızı-qaralar"ın 25 yaşlı hücumçusu Ülvi İsgəndərov Offsideplus.az-a açıqlamasında oyunla bağlı bunları deyib:
"Bu matçın vacibliyini hər birimiz dərk edirdik. Çox maraqlı görüş oldu. Düşünürəm ki, qələbəyə layiq oyun sərgilədik. Azarkeşlərimizə də minnətdarlığımı bildirirəm ki, bizi sona qədər dəstəklədilər".
Daşqın Əziz