Azərbaycan millisinin iki üzvü - Renat Dadaşov və Mahir Emrelinin transfer qiymətləri “Transfermarkt” portalı tərəfindən yenilənib.

Offsideplus.az xəbər verir ki, "Qrasshopper"in formasını geyinən Dadaşovun transfer dəyəri iki dəfədən çox artıb. O, hazırda 800 min avro ilə qiymətləndirilir. Daha əvvəl bu rəqəm 350 min avro idi.

“Dinamo”da (Zaqreb) çıxış edən Mahir Emrelinin isə Renatdan fərqli olaraq transfer qiyməti aşağı düşüb. Onun qiyməti 1, 5 milyon avrodan 1 milyon avroya düşüb.