Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yığma səfərdə Malta seçməsi ilə qarşılaşıb. Oyun millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub. Komandamız seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.
Qeyd edək ki, bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək Maltanı turnir cədvəlində qabaqlayıb. Hazırda yığma komanda qrupunda 4-cü pillədə qərarlaşıb.