Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın təşkil etdiyi yay kurslarında iştirak edəcək.

Offsideplus.az  xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində başlayacaq toplanışa dəvət olunan hakimlər sırasında Ə. Ağayev də var.

Qeyd edək ki, 36 hakimin qatıldığı yay kursları iyulun 29-də başa çatacaq.