"Barselona" "Çelsi"nin futbolçusu Markos Alonsunu heyətinə qatacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat verib. Mənbəyə görə, 31 yaşlı ispaniyalı cinah müdafiəçisi də ölkəsinə qayıtmaq istəyindədir.Kataloniya təmsilçisi "zadəganlar"la bu məsələ haqda təmasa keçib.
Alonsonun londonlularla sözləşməsi 2023-də başa çatır.
Qeyd edək ki, o, 2016-cı ildən "Çelsi"də çıxış edir.