Türkiyə millisinin və "Lester"in futbolçusu Çağlar Söyüncü karyerasını "Real"da davam etdirəcək.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Madrid klubu 25 yaşlı müdafiəçi üçün "tülkülər"ə 45 milyon avro ödəyəcək. Bu keçid reallaşacağı təqdirdə, transferinə ən çox pul ödənilən türk futbolçu olacaq.
Qeyd edək ki, Çağlar 2018-ci ildən "Lester"də çıxış edir.