"Borussiya"nın futbolçusu Erlinq Haalandın yeni klubu məlum olub.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, 21 yaşlı norveçli ulduzun meneceri "Mançester Siti" ilə 5 illik müqavilə imzalayıb. O, yeni komandasında həftəlik 500 min funt-sterlinq qazanacaq.
Haaland "şəhərlilər"də həftəsinə ən çox qazanan futbolçu olacaq.
"Borussiya" bu transferdən 76 milyon avro qazanacaq.