"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Braziliya millisini çalışdıra bilər.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyası 51 yaşlı ispan mütəxəssisin agenti ilə bu barədə danışıb. O, razı olacağı halda 2026-ci ilədək müqavilə və 12 milyon avro maaş təklif olunacaq.
Qeyd edək ki, hazırkı baş məşqçi Tite ilə dünya çempionatından sonra yollar ayrılacaq.