"Atletiko" heyətini portuqaliyalı futbolçu ilə gücləndirəcək.
Offsideplus.az "TEAMtalk"a istinadən xəbər verir ki, Madrid klubu "Braqa"nın 22 yaşlı müdafəçisi David Karmanı heyətinə qatmaq istəyir. Baş məşqçisi Dieqo Simeone oyunçunu yaxından izləyir və növbəti mövsüm bu transferi reallaşdırmaq arzusundadır. Onunla daha əvvəl "Liverpul" yaxından maraqlanırdı. Lakin bu keçid baş tutmamışdı.
Qeyd edək ki, Karma bu mövsüm "Braqa"nın heyətində 12 matçda meydana çıxıb.