Türkiyə millisinin və "Lester"in futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davan etdirməyə yaxındır.
Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, "Yuventus" 25 yaşlı müdafiəçini heyətinə qatmaqda israrlıdır. Artıq Turin klubu bununla bağlı "tülkülər"lə" danışıqlara başlayıb. Onun Premyer Liqa təmsilçisi ilə sözləşməsi 2023-cü ildə başa çatır.
Qeyd edək ki, Söyüncü 2018-ci ildə Almaniyanın "Frayburq" komandasından 21 milyon avroya "Lester"ə keçmişdi.