"Traktor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, tanınmış türkiyəli mütəxəssis Ertuğrul Sağlam yenidən Təbriz klubu ilə anlaşıb. 52 yaşlı çalışdırıcının rəsmi müqavilə üçün yaxın günlərdə İrana gedəcəyi bildirilib.Onunla 1.5 illik sözləşmə bağlanacaq.
Xatırladaq ki, Sağlam daha əvvəl 2018-ci ilin yanvarından aprelinədək "Traktor"da işləyib.