Fransanın "Renn" klubu daha bir türk futbolçunu heyətinə qatmaq istəyir.

 Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Sivasspor"da çıxış edən Kərəm Atakan Kəsgini transfer etmək niyyətindədir. Artıq qarşı tərəf 21 yaşlı oyunçü üçün 2.5 milyon avro təklif edib. Lakin sivaslıların 4 milyon istədiyi vurğulanıb. Bu barədə "But! Football" məlumat verib.

Qeyd edək ki, "Renn" daha əvvəl "Kaysərispor"dan 19 yaşlı qapıçı Doğan Alemdarı heyətinə qatmışdı.