Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son 2 oyunu keçirilib.
Offsideplus.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib. "Neftçi" "Sumqayıt"ın qonağı olub və bərabərə qalıb - 1:1.
"Qarabağ" isə səfərdə "Sabah"la üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib. Bununla da çempionatda birinci dövrəyə yekun vurulub.
Azərbaycan Premyer Liqası
VII tur
17 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Neftçi” - 1:1
Qollar: Murad Xaçayev, 50 (1:0); Sabir Buqrin, 52 (1:1)
“Kapital Bank Arena”.
18:45. “Sabah” – “Qarabağ” 1:2
Qol: Ozobiç, 44, Zubir, 51, Aleksey İsayev, 65
“Bank Respublika Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 7 | 5 | 2 | 0 | 13-4 | 17 |
| 2 | Neftçi | 7 | 4 | 2 | 1 | 14-8 | 14 |
| 3 | Qəbələ | 7 | 3 | 3 | 1 | 12-6 | 12 |
| 4 | Zirə | 7 | 3 | 3 | 1 | 9-6 | 12 |
| 5 | Sumqayıt | 7 | 2 | 2 | 3 | 5-5 | 8 |
| 6 | Keşlə | 7 | 2 | 1 | 4 | 6-11 | 7 |
| 7 | Səbail | 7 | 2 | 0 | 5 | 5-15 | 6 |
| 8 | Sabah | 7 | 0 | 1 | 6 | 3-12 |
1 |
Bombardirlər cədvəli
Davit Volkov ("Zirə") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
Filip Ozobiç ("Qarabağ") - 3 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 2 qol
Fəhmin Muradbəyli ("Neftçi") - 2 qol
Musa Qurbanlı ("Qarabağ") - 2 qol
Yaovi Akakpo ("Qəbələ") - 2 qol
Vadji İbrahima ("Qarabağ") - 2 qol
Emin Mahmudov ("Neftçi") - 2 qol
Rafael Utziq ("Qəbələ") - 2 qol
İsnik Alimi ("Qəbələ") - 2 qol
Yurqen Qoxa ("Səbail") - 2 qol
Ramon Maçado ("Neftçi") - 2 qol
Tiaqo Bezerra ("Neftçi") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol



