Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qəbələ" oyununda zədələnən Elvin Bədəlovun durumuna aydınlıq gəlib. 

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov offsideplus.az-a verdiyi açıqlamada, müdafiəçinin diz çarpaz bağlarının qopduğunu bildirib. Yaxın zamanda əməliyyat olacaq futbolçunun ən az 6 ay yaşıl meydanlardan uzaqda qalacağı dəqiqdir. 

Qeyd edək ki, Elvin Bədəlov milli komandamıza dəvət alan futbolçulardan biridir. Onun, millinin seçmə mərhələdə keçirəcəyi qalan oyunlarda da dəvət almayacağı dəqiqdir.