Almaniya millisinin türkəsilli futbolçusu İlkay Gündoğan Mançesterə "Siti" ilə yox, "Yunayted"lə müqavilə bağlamaq üçün gəlməliymiş. Lakin müqavilə ilə məxsus olduğu klub onu İngiltərəyə buraxmayıb.
Offsideplus.az xəbər verir ki, İlkay bununla bağlı "Goal"a danışıb: "Bu barədə "Mançester Siti"ylə müqavilə bağlamamışdan 2-3 il əvvəl söhbət olmuşdu. Yadımdadır, Sindzi Kaqava "Borussiya"dan "Mançester Yunayted"ə yeni keçmişdi. Həmin vaxt "Yunayted"in mənə də göz qoyduğunu demişdilər. Lakin "Borussiya" məni satmaq istəmədi. Üstəlik, klubla uzunmüddətli anlaşmam vardı".
Qeyd edək ki, Gündoğan 2016-nın yayında 27 milyon avro qarşılığında Dortmund "Bourssiya"sından "Mançester Siti"yə keçib və İngiltərə təmsilçisi ilə iki dəfə ölkə çempionu olub.