Samir Abasovlu "Neftçi" cari mövsümdə ilk yenilgisini aldı.

Hərçənd bu, Premyer Liqa yox, kubok qarşılaşmasına təsadüf etdi.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" sonuncu məğlubiyyətini ötən il noyabrın 8-də almışdı. Həmin gün ölkə çempionatının 9-cu turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" oyununda ağdamlılar əzəli rəqibini 6:0 hesabı ilə məğlub etmişdi. Elə həmin görüşdən sonra Füzuli Məmmədov yola salınmışdı. 

Baş məşqçi postunu Məmmədovdan təhvil alan Samir Abasov isə o vaxtdan bu yana yenilginin nə olduğunu bilmirdi. Bakılılar Premyer Liqanın son 5 görüşündə 4 qələbə qazanmışdı, 1 heç-heçəyə imza atmışdı. Bunun üstünə qış fasiləsində keçirilən "Kəpəz" (1:0) və "Keşlə" (4:3) ilə yoldaşlıq görüşlərini də gəlsək, say daha çox edir. 

Bu isə o deməkdir ki, "Neftçi" Samir Abasovun rəhbərliyi altında 85 gündən sonra, yəni 6-cı rəsmi oyunda ilk dəfə məğlubiyyət acısı yaşadı.