Bolqarıstanın “Çerno More” klubu 2020-ci il ərzində futbolçu satışından qazanılan məbləği açıqlayıb.
Offsideplus.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Varna təmsilçisi ötən il 5 milyon levi gəlir əldə edib.
Satılan həmin oyunçular arasında “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də olub. Belə ki, Kabo-Verde millisinin 28 yaşlı üzvünün ötən ilin avqustunda Xorvatiyanın “Hayduk” klubundan da təklif aldığı vurğulanıb: "Keçən il növbəti satışımız yarımmüdafiəçi Patrik Andrade oldu. Split "Hayduk"u onun keçidində çox israrlı idi. Lakin milli üzvü Azərbaycan çempionu “Qarabağ”a keçməyi üstün tutdu. Futbolçu da orda çox yüksək səviyyədə çıxış edir".
"Qarabağ"la hələ ilyarımlıq müqaviləsi olan Andradenin "Çerno More”nin büdcəsinə gətirdiyin pulun məbləği açıqlanmayıb.