"Sabah" klubu ilə vidalaşan Yevgeni Koçuk karyerasını Qazaxıstanda davam etdirməyi düşünür.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu ölkənin iddialı klublarından biriylə danışıqlar aparır. Menecerinin apardığı transfer danışıqlarına yaxın günlərdə tam aydınlıq gələcək.
Xatırladaq ki, son 3 ildə karyerası ölkəmizə bağlı olan Yevgeni "Sabah"dan əvvəl "Səbail"də çıxış edərək, onun heyətində Premyer Liqamızın bürünc medalçısı olub (Sport24).