"Qəbələ"nin qış hazırlıq planlarında dəyişiklik edilib.
Offsideplus.az klubun mətbuat katibliyindən aldığı məlumat əsasında xəbər verir ki, bölgə təmsilçisi təlim-məşq toplanışına əvvəldən nəzərdə tutulduğu kimi yanvarın 5-də Bakıda yox, doğma rayonda başlayacaq. Legionerlər isə düşərgəyə ayın 8-nə qədər təşrif buyuracaqlar. Qəbələdəki toplanış yanvarın 13-nə qədər davam edəcək.
Həmin gün paytaxta qayıdacaq qəbələlilər yanvarın 14-də "Sumqayıt"la qarşılaşacaq. Əvvəlki planda yanvarın 10-da "Neftçi"ylə oyun nəzərdə tutulmuşdu.