İkinci Qarabağ Müharibəsində xeyli sayda erməni idmançı ön cəbhəyə yollanmışdı. Xüsusən döyüşlərin qızğın vaxtında çox sayda itki verdiklərini deyə bilərik.
Offsideplus.az xəbər verir ki, əlinə silah alanlardan 22 nəfəri məhv edilib. Bu isə həmin idmançıların ümumi siyahısıdır.
1. Miqran Arutyunyan – MMA idmançı;
2. Arsen Arutyunyan – sərbəst güləşçi;
3. Tiqran Armenekyan – boks üzrə yeniyetmələrdən ibarət milli yığma komandanın məşqçisi;
4. Geqam Torqonyan – yunan-Roma güləşçisi;
5. Qaqik Sarkisyan – Ermənistan Dövlət Bədən Tərbiyəsi institutunun prorektoru;
6. Edqar Manuçuryan – Ermənistanın “Pünik” klubunun futbolçusu;
7. Eduard vartanyan – MMA idmançısı;
8. Jirayr Sarkisyan – Boks üzrə Ermənistan çempionu, Avropa oyunlarının iştirakçısı;
9. Henri Avagyan – Ermənistanın “Van” klubunun futbolçusu;
10. Davit Arutunyan – sərbəst güləşçi;
11. Davit Ovannisyan – sərbəst güləşçi.
12. Aren Çatinyan – ağır atletika üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
13. Liparit Daştoyan – Ermənistanın “Alaşkert” klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
14. Tatul Arutyunyan – triatlonçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
15. Sevak Serobyan – Ermənistan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti, hərbi əməliyyatlar zamanı məhv edilib;
16. Vardan Kirokosyan – Ermənistan Kyokşinkaykan Karate Federasiyasının vitse-prezidenti, hərbi əməliyyatlar zamanı məhv edilib;
17. Ayk Saakyan – basketbolçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
18. Tiqran Mikoyan – basketbolçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
19. Erik Saryan – Ermənistanın “Lokomotiv” klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
20. Albert Qazaryan - MMA üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
21. Badal Qevirkoviç Safaryan – Ermənistanda aykido və cüdo üzrə idman ustası, “İnsanı necə daha tez öldürmək olar?” proqramı üzrə təlimçi, hərbi əməliyyatlar zamanı məhv edilib;
22. Qore Sarkisyan – cüdoçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
23. Albert Dadoyan – ağırlıqqaldırma üzrə Avropa çempionu, hərbi əməliyyatlar zamanı məhv edilib;
24. Gaqik Abrahamyan – Ermənistanın “Pünik” klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
25. Qarik Arjikyan – ciu-citsu üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
26. Henrik Hokobyan – Ermənistan milli su polosu komandasının üzvü, hərbi əməliyyatlar zamanı məhv edilib;
27. İşxan Qriqoryan – Ermənistanın “Şirak” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
28. Davit Mosoyan – Ermənistanın “Lorik” klubunun futzalçısı, hərbi əməliyyatlar zamanı məhv edilib;
29. Aşot Xaçatryan – Ermənistanın “Nairi” komandasının basketbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
30. Davit Babayan – Ermənistanın “Banants-2” klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
31. Eduard Maranjyan – ağır atletika, hərbi əməliyyatlar zamanı məhv edilib;
32. Azat Alayan – karateçi, hərbi əməliyyatlar zamanı məhv edilib;
33. Szak Mnatsakanyan – Ermənistan milli döyüş sənəti federasiyasının prezidenti-məşqçisi, hərbi əməliyyatlar zamanı məhv edilib;
“Artsax” təbliğatı aparan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən erməni əsilli idmançılar
1. Slavik Ayrapetyan – Ermənistanın fiqurli konkisürmə üzrə ikiqat çempionu özünün “Facebook” səhifəsində Ermənistan və “Artsax” Respublikalarının bayraqlarını əks etdirən konkilərin fotosunu paylaşıb;
2. Levan Aronyan – şahmatçı, Yerevanda “Mat terror” adlı xeyriyyə tədbiri keçirərək əldə olunan maddi gəliri “Artsax” ordusunun hesabına köçürüb;
3. Sargis Adamyan – Almaniyanın “Hoffenhaym” klubunun futbolçusu. UEFA Avropa liqasında “Slovan”ın qapısına vurduğu qollardan sonra “Qollarımı Artsaxda vətənimiz uğrunda mübarizə aparan qardaşlarıma hədiyyə edirəm” - deyə qeyd paylaşıb;
4. Erik Bazinyan – erməni əsilli kanadalı boksçu orduya rabitə sistemi bağışlayıb, bu barədə özünə məxsus “facebook” səhifəsində paylaşım edib;
5. Artur Abraham – boksçu, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb, “Məni tanıyırsız? Artsaxı tanıyın, Mən Artsaxam” mətnini paylaşıb;
6. Artur Aleksanyan – yunan-roma güləşçisi, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb;
7. Henrik Mxitaryan – “Roma” futbol klubunun futbolçusu, sosial şəbəkələrdə ictimaiyyəti Artsaxı tanımağa çağırıb, “Məni tanıyırsız? Artsaxı tanıyın, Mən Artsaxam” mətnini paylaşıb;
8. Aras Özbilis – futbolçu, arxasında “Artsax stronq” yazılmış formasını hərraca çıxarıb və əldə olunan gəliri ümumerməni fonduna köçürüb.