İtaliyanın “Breşia” klubunda çıxış edən Mario Balotelli son turda “Kalyari”yə qarşı keçirdiyi görüşdə meydana çıxdıqdan 6 dəqiqə sonra qırmızı vərəqə alıb.

Offsideplus.az xəbər verir ki, italiyalı oyunçu görüşün 74-cü dəqiqəsən meydana daxil olsa da, 81-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Buna görə İtaliya mətbuatının hədəfinə çevrilən Balotelli  tənqidlərə “İnstagram” hesabında “istədiyiniz qədər məni tənqid edin, mən yenə də işimi görməyə davam edəcəm” deyə cavab verib.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə sona çatıb.