AFFA İntizam Komitəsi "Qəbələ" klubunun əsas komandasının futbolçusu Ülvi İsgəndərovu bir oyunluq cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, səbəb hücumçunun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"la görüşdə qırmızı vərəqə almasıdır. Əyalət təmsilçisi 200 manat cərimə ödəməli olacaq.
Qurum "Sabah"ı isə 800 manat məbləğində cərimələyib. Komandanın 4 futbolçusu "Qəbələ" ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da saat 18:00-da “Bank Respublika Arena”da olacaq.