Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları üçün bütün təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, “Qarabağ” – “Keşlə” matçını Kamal Umudlu idarə edəcək, ona Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov kömək edəcək.
“Zirə” – “Səbail” matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb, Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov köməkçi hakim funksiyasını yerinə yetirəcək.
“Sumqayıt” – “Qəbələ” qarşılaşmasında fit sahibi Vüqar Həsənli olacaq, ona Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev kömək edəcək. “Sabah” - “Neftçi” oyununun baş hakimi Rauf Cabbarov, köməkçi hakimlər isə Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Keşlə” matçı dekabrın 6-sı keçiriləcək. Turun digər 3 oyunu bazar günü oynanılacaq.