Azərbaycan Premyer Liqasında XIII turun son oyununda "Sabah" "Qarabağ"a uduzub - 0:1.

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jeyko Sopiç debüt oyununda məğlubiyyətlə üzləşsə də, komandasının çıxışından razı qalıb:

“Meydanda taktiki baxımından güclü oynadıq. “Qarabağ”ın futbolçuları fərdi oyunda daha üstün idi. Son ötürmələrimizdə dəqiqlik çatmadı. Bizdə bəzi epizodların alınmamasının səbəbini rəqibin top komanda olması ilə əlaqələndirərdim. İlk hissədə komandamın müdafiədəki oyunundan razı qaldım. Gələcəkdə daha yaxşı nəticələr qazanacağımızı düşünürəm. Komandada ən yaxşı “11-lik” oynayır. Əsas heyətdə olan futbolçuları məşqdəki çıxışına görə seçirik, bəzən taktiki gedişdən asılı dəyişir. Önəmli olan məşqdə yerinə yetirdikləri tapşırıqları oyunda da göstərə bilməlidir. Azərbaycan çempionatının səviyyəsinə gəlincə, "Sabah"la yanaşı "Neftçi" və "Qarabağ"ın oyunlarını izləmişəm. "Qarabağ" çox yaxşı komandadır, Avroliqa oyunlarını izləmişəm. Bu gün bizim qapıçımız çox yaxşı çıxış etdi. “Qarabağ” və “Neftçi” ilə oyunlarda daha diqqətli olmalıyıq.