Avrokuboklarda qrup mərhələsinin V turuna yekun vurulub.
Offsideplus.az-ın məlumatına görə, baş tutan qarşılaşmalardan sonra UEFA reytinqi açıqlanıb.
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" bu turda "Sevilya"ya səfərdə 0:2 hesabı ilə məğlub olub. Bu üzdən ölkəmizin xal ehtiyatı və yerində dəyişiklik olmayıb. Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-də qalıb.
Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,500-dür. Hazırda Avropada 26-cı sırada qərarlaşan ölkəmizin 25-ci yerdəki Belarusla fərqi 0,375 xaldır. Belarusun avrokuboklarda təmsilçisi qalmadığından, "Qarabağ"ın qrup mərhələsinin son turunda "Düdelanj"a qalib gəlməsi ölkəmizin 25-ci sıraya yüksəlməsinə səbəb ola bilər.