Argentina yığmasının sabiq üzvü Esekyel Lavezzi futbolçu karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, "Hebey Çayna Forçun"un hücumçusu Çin çempionatıda "Quançjou Everqrand"la (1:3) matçdan sonra bu barədə qəraarını açıqlayıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu karyerası ərzində PSJ və "Napoli" kimi klublarda da oynayıb. O, Paris təmsilçisi ilə 4 dəfə ölkə çempionu olub. Lavezzi Argentina millisində 51 matçda 9 qol vurub.