“Sabah” klubunun yeni baş məşqçisi Jelko Sopiç komandaya gəlişi barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis klubun saytına açıqlamasında uğur qazanmaq üçün birlikdə çalışmağın vacibliyinə diqqət çəkib: “Sabah” kimi gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdır. Klubun inkişafı üçün birlikdə mübarizə aparacağıq. Uğur üçün bütün diqqətimizi yaşıl meydana yönəltməli, gələcək oyunlarımıza köklənməliyik. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edər və qələbə sevinci yaşayarıq”.
Xatırladaq ki, 45 yaşlı xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə bağlanıb. Ona 31 yaşlı həmyerlisi Marko Lozo kömək edəcək.