"Zirə” Moldova millisinin yarımmüdafiəçisini transfer edir.
Offsideplus.az xəbər verir ki, qəsəbə klubu Aleksandr Dedovu heyətinə qatmağa hazırlaşır. Orta xətt oyunçusunun klubuyla danışıqlar müsbət yekunlaşıb. Onun sabah Bakıya gələcəyi gözlənilir.
Moldova "Milsami”sinin üzvü ölkəsinin yığmasına müntəzəm olaraq çağırılır. Dedov Antalyada baş tutan son yoxlama görüşündə (0:0) millimizə qarşı top qovub. O, milli komandada indiyədək 39 oyun keçirərək 3 qol vurub.
Qeyd edək ki, Aleksandr Dedov indiyədək Latviyanın "Ventspils", Moldovanın "Daçiya", "Şerif", "Akademiya", "Zimbru" və Rumıiyanın "Tarqu Mureş" klublarında oynayıb. O, "Ventspils"lə Latviya, "Daçiya", "Şerif" və "Zimbru" ilə Moldova çempionu olub
Mənbə: Fanat.az