İngiltərə futbolunun əfsanəvi hücumçusu İan Rayt "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə sərt şəkildə cəzalandırılmalı olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Rayt bu hadisəni "sənaye miqyasında dələduzluq" adlandırıb və misli görünməmiş cəza tələb edib. O qeyd edib ki, bu, Premyer Liqa üçün ən vacib günlərdən biridir: "Onlar bütün ölkəyə meydan oxudular – bu, möhtəşəmdir. Burada çox çirkli işlər var. Növbəti oyunda "Liverpul" səfəri onlar üçün problemə çevriləcək. O vaxtlar məhz "Liverpul" onları izləyirdi. Baxın, Yurgen Klopp onları məğlub etmək üçün nələrdən keçdi. Düşünürəm ki, bu, onu da sarsıtdı. Bu, çox kədərlidir. Yəqin ki, məsələ məhkəmə çəkişmələrinə qədər gedəcək".