Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın 10 nömrəli formasının gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Lionel Messinin vida oyunu 6 oktyabrda keçiriləcək və Argentina Beninlə qarşılaşacaq. Buna qədər milli komanda Boliviya və Burkina Faso ilə yoldaşlıq görüşləri keçirəcək.

Skaloni bildirib ki, bu oyunlarda heç kim 10 nömrəli formada meydana çıxmayacaq. "Biz bu nömrəni heç kimə verməyə borclu deyilik. Leo ilə vida oyununa qədər 10 nömrəni heç kimə həvalə etməyəcəyik. Sonra isə vəziyyətə baxacağıq. İstəyirik ki, gələcəkdə kimsə bu nömrəni daimi olaraq götürsün", – deyə Skaloni vurğulayıb.