Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyu Kilian Mbappenin "Real Madrid"də böyük uğur qazanması üçün əsas şərti açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, Mbappenin "Real Madrid"in tarixində adını əbədi olaraq yazdırması üçün Çempionlar Liqasını qazanmalı olduğunu bildirib. Onun sözlərinə görə, azarkeşlər üçün fərdi göstəricilərdən çox, komandanın böyük turnirlərdə əldə etdiyi titullar önəmlidir.

"Kilianın Madrid azarkeşlərinin rəğbətini qazanması üçün Çempionlar Liqasını qazanması vacibdir. Məhz bu turnirdəki qələbə oyunçunun adını klubun tarixinə yazır. Azarkeşlər üçün ən önəmlisi Çempionlar Liqası və La Liqada qələbələrdir. Fərdi nailiyyətlər isə yalnız bundan sonra dəyər qazanır. Böyük oyunçudan əsas gözlənti məhz titullardır", – deyə Lizarazu vurğulayıb.