İngiltərə millisinin hücumçusu Olli Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" forvardın transferi üçün "Əl-Hilal" klubu ilə razılığa gəlib. Müqavilənin dəyəri 58,4 milyon avro, əlavə olaraq isə 2 milyon avro bonus nəzərdə tutulub. Uotkins bu həftə Yaxın Şərqə yollanacaq. Transferin bütün detalları artıq razılaşdırılıb.

Olli Uotkins son dörd Premyer Liqa mövsümünün hər birində azı 15 qol vurub.