İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) ötən mövsüm Premyer Liqanın rəmzi komandasını elan edib.
Offsideplus.az xəbər verir ki, heyətə aşağıdakı oyunçular daxil edilib:
Qapıçı: David Raya ("Arsenal")
Müdafiəçilər: Yurrien Timber, Vilyam Saliba, Qabriel Maqalyayş (hamısı "Arsenal"), Niko O’Rayli ("Mançester Siti")
Yarımmüdafiəçilər: Bruno Fernandes ("Mançester Yunayted"), Deklan Rays ("Arsenal"), Rayan Şerki ("Mançester Siti")
Hücumçular: Antuan Semenyo, Erlinq Holand (hər ikisi "Mançester Siti"), İqor Tiago ("Brentford")
Bundan əlavə, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes PFA versiyasına görə mövsümün ən yaxşı oyunçusu seçilib. O, Erlinq Holand, Deklan Rays, Rayan Şerki, David Raya və Qabriel Maqalyayşı qabaqlayıb.


