Frank Kessiyenin transferi uğrunda mübarizəyə "Roma" da qoşulub.
Offsideplus.az xəbər verir ki, "Yuventus" uzun müddətdir Fil Dişi Sahili millisinin 29 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq istəyir. Azad agent statusunda olan Kessiye indiyədək digər təklifləri nəzərdən keçirmirdi. Lakin "Yuventus"un Frankı transfer etmək üçün bir neçə yarımmüdafiəçi ilə yollarını ayırması tələb olunur. Fabio Mirettinin "Beşiktaş"a icarəyə verilməsi kifayət etməyə bilər.
"Roma"nın baş məşqçisi Can Piero Qasperini Kessiyenin transferində maraqlıdır. Qasperini daha əvvəl onunla "Atalanta"da çalışıb.
Ötən mövsüm Frank Kessiye Səudiyyə Ərəbistanı çempionatında "Əl-Əhli"nin heyətində 26 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. O, 2026 Dünya Çempionatında 4 qarşılaşmada meydana çıxıb və 1 qol vurub.


