İtaliyanın "Napoli" klubu Mark Giunun transferində maraqlıdır.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu neapolluların yay transfer pəncərəsində əsas hədəflərindən biridir. Klub "Çelsi"yə bu keçid üçün 15-16 milyon avro və əlavə bonuslar təklif etməyə hazırdır.

Mark Giu 2024-cü ildə "Barselona"dan "Çelsi"yə 6 milyon avroya keçib.