İngiltərə millisinin və Niderlandın “Feyenoord” klubunun sabiq futbolçusu Rahim Sterlinq 270 min funt-sterlinq dəyərindəki "Lamborghini" markalı avtomobili ilə törətdiyi qəza səbəbindən ağır ittihamlarla üzləşib.

Offsideplus.az xəbər verir ki, digər sürücülərin magistral yolda idarəetməni itirərək səssizcə irəliləyən və sola-sağa hərəkət edən "Lamborghini"ni görüb təcili yardım xidmətinə məlumat verdikləri bildirilir. Xoşbəxtlikdən, hadisə zamanı başqa avtomobil toqquşmaya məruz qalmayıb və xəsarət alan olmayıb.

Sterlinqə qarşı təhlükəli sürücülük, azot qazı (güldürücü qaz) saxlamaq və tibbi ekspertiza üçün nümunə təqdim etməkdən boyun qaçırmaq kimi rəsmi ittihamlar irəldilib.

Sentyabrın 15-də məhkəmə qarşısına çıxacaq futbolçu təhlükəli sürücülük ittihamı təsdiq olunarsa, iki ilə qədər həbs cəzası ilə üz-üzə qala bilər.