Bu gün İrlandiyanın paytaxtı Dublində Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov bununla bağlı fikirlərini bildirib.
Maraqlı qrupa düşdüyümüzü deyən çalışdırıcı vurğulayıb ki, bütün komandalar tanışdı: "Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik"