"Marsel"in hücumçusu Meyson Qrinvud karyerasını "Fənərbağça"da davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, Fransa klubu ilə prinsipial razılıq əldə edən İstanbul təmsilçisi transferi müsbət yekunlaşdıracağına inanır və futbolçunun son qərarını gözləyir.

Bu barədə insayder Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat yayıb.

Lakin ingiltərəli forvard üçün Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu da hərəkətə keçib. Yaxın Şərq təmsilçisinin rəhbərliyi Qrinvudla telefon danışığı aparıb, komandanın baş məşqçisi Mattias Yayssle isə futbolçu ilə birbaşa əlaqə saxlayıb.

Qeyd edək ki, Qrinvud geridə qalan 2025/2026 mövsümündə bütün turnirlərdə 46 matça çıxaraq 25 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına görə onun bazar dəyəri 55 milyon avrodur.