Frank Lempard "Çelsi"dəki sabiq baş məşqçisi Joze Mourinyonun onun məşqçilik karyerasına niyə ən böyük təsir göstərən şəxs olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Koventri Siti"ni Çempionşip çempionu edərək Premyer Liqaya daşıyan 47 yaşlı mütəxəssis "The Times"a müsahibəsində uğurunun sirrini bölüşüb.
Lempard bildirib ki, Mourinyo ona özünəinam hissini aşılamaqla yanaşı, həm də qalibiyyət ruhunu formalaşdırıb:
"Joze mənə özünəinam hissi ötürürdü və 'biz uduzmuruq, bu bizim işimizdir' deyərək hər zaman qalib gəlməyə fokuslanırdı".
Qeyd edək ki, "Stemford Bric"də Mourinyonun rəhbərliyi altında 215 oyuna çıxan Lempard, 2024-cü ilin noyabrında 17-ci pillədə təhvil aldığı "Koventri Siti"ni 25 ildən sonra ilk dəfə elitaya yüksəltməyi bacarıb.


