IFAB şənbə günü keçiriləcək illik ümumi yığıncağında futbolun oyun qaydalarında köklü dəyişikliklərə imza atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bu dəyişikliklər gözlənilir:

1. Zədə səbəbindən müalicə alan oyunçu meydanı tərk etdikdən sonra ən azı 1 dəqiqə ərzində oyuna qayıda bilməyəcək.

2. Qapıdan zərbələr (aut atışları) və kənardan topun oyuna daxil edilməsi zamanı gerisayım sistemi tətbiq olunacaq. Vaxt limiti aşılarsa, top birbaşa rəqib komandaya veriləcək.

3. Meydandan çıxan futbolçu 10 saniyə ərzində sahəni tərk etməlidir.

Vaxtında çıxmasa, onun yerinə daxil olacaq oyunçu meydana buraxılmayacaq.

Komanda oyun növbəti dəfə dayanana qədər (və bu, ən azı 60 saniyə sonra olmalıdır) 10 nəfərlə mübarizə aparmaq məcburiyyətində qalacaq.

VAR-ın səlahiyyətləri genişlənəcək.

1. Səhvən verilən ikinci sarı vərəqələr VAR tərəfindən araşdırıla biləcək.

2. Turnir təşkilatçılarının seçiminə bağlı olaraq, künc zərbələrində də VAR sistemi işə düşə bilər.