PSJ prezidenti Nasser Al-Xelaifi Avropa Superliqası layihəsinin bitməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, layihənin başa çatması ilə bağlı açıqlama verib və “Real Madrid” prezidenti Florentino Peres barədə yüksək fikirlər səsləndirib:
“Florentino Peresə təşəkkür edirəm – zərif, ağıllı və vizyoner bir insandır. O, həmişə futbolu inkişaf etdirməyə çalışır.”

Al-Xelaifi Peresin layihədə “uduzduğunu” iddia edənləri tənqid edib:
“Kim deyirsə ki, Peres bu gün uduzub, demək ki, o, futboldan heç nə başa düşmür.”

PSJ rəhbəri UEFA ilə əldə olunan razılaşmanı tarixi adlandırıb və bütün tərəflərə təşəkkür edib:
“Mən çox qürurluyam və məmnunam. Bu tarixi razılaşmada iştirak edən hər kəsə təşəkkür edirəm.”

O, UEFA prezidenti haqqında da müsbət fikirlər səsləndirib:
“Avropa futbolu üçün yorulmadan çalışan, ən ağıllı və təvazökar lider olan UEFA prezidentinə təşəkkür edirəm.”

Sonda Al-Xelaifi qeyd edib ki, bu prosesdə əsas qalib futbolun özüdür:
“Burada hamımız qalibik, uduzan yoxdur. Qalib futbol və azarkeşlərdir. Bizim məqsədimiz də məhz bu idi.”