Edin Ceko "Şalke"yə gələr-gəlməz adını tarixə yazdırıb.
Offsideplus.az xəbər verir ki, o, Bundesliqa 2 tarixində qol vuran ən yaşlı futbolçu olub.
39 yaşlı hücumçu "Kayzerslautern"lə oyunda fərqlənib. Onun qolu "Şalke"yə məğlubiyyətdən xilas olmağa kömək edib.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Ceko əvvəlki rekord Helmut Hallerə (1979) məxsus idi. Bosniya-herseqovinalı hücumçu 47 illik rekordu qırmağı bacarıb.
"Şalke" hazırda 39 xalla Bundesliqa 2-də liderdir. "Kayzerslautern" isə 31 xalla 6-cı yerdədir.
Qeyd edək ki, zədəsi davam edən Mahir Emreli bu oyunda da meydanda yer almayıb.


