Premyer Liqa klubu "İmişli" növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, lakin matç sona qədər tamamlanmayıb.

Buna səbəb bölgə klubunun I Liqa təmsilçisi "Şəfa" ilə matçda 0:1 hesabı ilə geridə olarkən 80-cı dəqiqədən meydandan çəkilməsidir.

Jorj Kaşkilya komandasının sərgilədiyi futboldan, meydandakı mübarizədən narazı qalıb.

Qeyd edək ki, görüş Bakı Olimpiya stadionunun yardımçı meydançasında keçirilirdi.

(idmanxeber.az)