"Real Madrid"də istefaya göndərilən Xabi Alonso "Tottenhem"in yeni çalışdırıçısı olmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, bununla bağlı London təmsilçisinə yaxın mənbələr məlumat yayıb.

Tomas Frankın başçılığı ilə alınan uğursuz nəticələr artıq azarkeşlərlə yanaşı rəhbərliyidə narahat etməyə başlayıb.

Klub rəhbərliyi Alonsonun onlar üçün ideal müasir məşqçi olduğuna və taktikasının oyunçulara uyğun gələcəyinə inanır.