PSJ uzun müddətdir transfer etmək istədiyi İlya Zabarnıyı sonunda heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi ukraynalı müdafiəçi üçün "Bornmut"a 66 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Zabarnıy 2023-cü ildən "Bornmut"da çıxış edirdi. Onlar 22 yaşlı futbolçu üçün Kiyev "Dinamo"suna 22 milyon ödəmişdi.
O, Premyer Liqada 78 oyuna çıxıb və 1 qol vurub.
Ukraynalı futbolçu İngiltərə klubunun bu yay satdığı 3-cü müdafiəçi olub. Onlar Din Heyseni "Real Madrid"ə, Miloş Kerkesi isə "Liverpul"a yola salıb və bu keçidilərdən ümumilikdə 172 milyon avro gəlir əldə edib.



