Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor və rusiyalı idmançı Həbib Nurməhəmmədovun alacaqları qonorarların məbləği məlum olub.
Offsideplus.az xəbər verir ki, irlandiyalı Makqreqor döyüşü qazanacağı təqdirdə üç milyon dollar qonorar alacaq. Dağıstanlı Nurməhəmmədovun qonorarı isə 2 milyon dollar olacaq. Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil edilməyib.
Qeyd edək ki, Makqreqorla Nurməhəmmədovun döyüşü oktyabrın 7-də Las Veqasda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə səhər 6:00-da başlayacaq və CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.