Yunan-Roma güləşi üzrə Türkiyə millisinin üzvü Rza Kayaalp (130 kq) Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. 

Offsideplus.az xəbər verir ki, buna səbəb onun qadağan olunmuş maddələrdən istifadə etməsi olub.

Dünya və Avropa çempionu bununla da Türkiyə millisinin heyətindən çıxarılıb. Onun yerinə Parisdə Həmzə Bəkir güləşəcək.

Olimpiadaya iyulun 26-da start veriləcək və avqustun 11-ə kimi davam edəcək.