Məşhur boksçu Manuel Çarr qadağan olunmuş maddələrdən istifadə edib.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, ağır çəki dərəcəsində Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə çempion olan 34 yaşlı idmançının dopinq-testi müsbət nəticə verib.
Qeyd edək ki, anti-dopinq qaydalarını pozduğu üçün suriyalı boksçunun sentyabrın 29-da Fres Ekondo ilə görüşünün baş tutmayacağı ehtimal olunur.